Abşeron Ticarət Mərkəzi Abşeron Ticarət Mərkəzi
  • 1.1K

Abşeron Ticarət Mərkəzi

Digər

Qrafik dizayner

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qrafik dizayner

  • Deadline 15 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi brend kimliyinə uyğun sosial media postlarının, reklam bannerlərinin, flyer, broşür, YouTube cover və digər vizual materialların hazırlanması;
  • Motion tipli postlar, qısa video montajlar və animasiyalı vizualların yaradılması;
  • Marketinq və kommunikasiya komandası ilə sıx əməkdaşlıq edərək kampaniyalar üçün kreativ konseptlərin hazırlanması;
  • Müxtəlif platformalar (Instagram, TikTok, YouTube, vebsayt və s.) üçün dizaynların adaptasiyası;
  • Mövcud dizayn materiallarının optimallaşdırılması, təkmilləşdirilməsi və yenilənməsi;
  • Layihələr üzrə vahid vizual üslubun qorunması və brend standartlarının tətbiqi;
  • Yeni dizayn trendlərinin izlənilməsi və onların brendin vizual yanaşmasına tətbiq edilməsi.

İş şəraiti: 

  • Bakı şəhəri;
  • 5 günlük iş həftəsi (09:00 – 18:00);
  • Əmək haqqı: 1600-2000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).

Namizədə dair tələblər:

  • 3–5 illik iş təcrübəsi (xüsusilə reklam agentliyi və ya iri şirkətdə);
  • Adobe Photoshop, Illustrator və Corel Draw proqramlarında yüksək səviyyədə bacarıq;
  • After Effects, Premiere Pro və ya digər video montaj proqramlarında işləmək bacarığı üstünlük sayılır;
  • Yaradıcı düşüncə, estetik zövq və detallara yüksək diqqət;
  • Eyni anda bir neçə layihə ilə işləmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Komandada işləmək və ideyaları aydın şəkildə təqdim etmək bacarığı;
  • Seçim mərhələsində portfolionun təqdim edilməsi mütləqdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə Qrafik dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily62
  • Weekly62
  • Monthly83