Absheron Hospitality Group MMC Absheron Hospitality Group MMC
  • 432

Absheron Hospitality Group MMC

Hotels, Restaurants & Leisure

Əməyin mühafizəsi üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməyin mühafizəsi üzrə mühəndis

  • Deadline 12 June 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas öhdəliklər:

  • Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tətbiqini təşkil etmək və bu qaydaların icrasına nəzarət etmək;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlara və daxili təlimatlara uyğun şəkildə fəaliyyətin tənzimlənməsi;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini müəyyən etmək və risklərin qiymətləndirilməsi;
  • İşçilər üçün əməyin mühafizəsi üzrə giriş, ilkin, təkrar və növbədənkənar təlimatlandırmaları təşkil etmək və onların qeydiyyatını aparmaq;
  • Əməyin mühafizəsi üzrə təlim proqramları, təlimatlar, prosedurlar və digər normativ sənədləri hazırlamaq və yeniləmək;
  • İş yerlərində texniki təhlükəsizlik vəziyyətini mütəmadi yoxlamaq, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün tədbirlər görmək və bununla bağlı rəhbərliyə məlumat təqdim etmək;
  • İstehsalat qəzaları, bədbəxt hadisələr və peşə xəstəliklərinin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və qarşısının alınması üzrə tədbirlər planı hazırlamaq;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və onlardan düzgün istifadə edilməsinə nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi və fövqəladə hallarla bağlı tədbirlərin təşkilində iştirak etmək;
  • Müəssisədə əməyin mühafizəsi üzrə hesabatların hazırlanmasını və müvafiq qurumlara təqdim edilməsini təmin etmək;
  • Yeni avadanlıq, texnologiya və istehsal proseslərinin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • İşçilər arasında təhlükəsizlik mədəniyyətinin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirmək;
  • Əməyin mühafizəsi sahəsində qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların müəssisədə tətbiqini təmin etmək;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq vəzifədə 3 il iş təcrübəsi;
  • Əməyin mühafizəsi üzrə qanunvericiliyi və normativ-hüquqi aktları bilmək;
  • Əməyin mühafizəsi üzrə beynəlxalq standartlar və idarəetmə sistemləri haqqında biliklərin olması;
  • İstehsalat qəzalarının və bədbəxt hadisələrin araşdırılması istiqamətində təcrübənin olması;
  • Fövqəladə hallar zamanı davranış və təxliyə prosedurlarını bilmək;
  • MS Office proqramları üzrə bacarıqların olması (Word, Excel, PowerPoint);

CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə “Əməyin mühafizəsi üzrə mühəndis” qeyd edilsin.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily145
  • Weekly183
  • Monthly989