Əsas öhdəliklər:
- Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tətbiqini təşkil etmək və bu qaydaların icrasına nəzarət etmək;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlara və daxili təlimatlara uyğun şəkildə fəaliyyətin tənzimlənməsi;
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini müəyyən etmək və risklərin qiymətləndirilməsi;
- İşçilər üçün əməyin mühafizəsi üzrə giriş, ilkin, təkrar və növbədənkənar təlimatlandırmaları təşkil etmək və onların qeydiyyatını aparmaq;
- Əməyin mühafizəsi üzrə təlim proqramları, təlimatlar, prosedurlar və digər normativ sənədləri hazırlamaq və yeniləmək;
- İş yerlərində texniki təhlükəsizlik vəziyyətini mütəmadi yoxlamaq, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün tədbirlər görmək və bununla bağlı rəhbərliyə məlumat təqdim etmək;
- İstehsalat qəzaları, bədbəxt hadisələr və peşə xəstəliklərinin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və qarşısının alınması üzrə tədbirlər planı hazırlamaq;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və onlardan düzgün istifadə edilməsinə nəzarət etmək;
- Yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi və fövqəladə hallarla bağlı tədbirlərin təşkilində iştirak etmək;
- Müəssisədə əməyin mühafizəsi üzrə hesabatların hazırlanmasını və müvafiq qurumlara təqdim edilməsini təmin etmək;
- Yeni avadanlıq, texnologiya və istehsal proseslərinin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- İşçilər arasında təhlükəsizlik mədəniyyətinin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirmək;
- Əməyin mühafizəsi sahəsində qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların müəssisədə tətbiqini təmin etmək;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq vəzifədə 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsi üzrə qanunvericiliyi və normativ-hüquqi aktları bilmək;
- Əməyin mühafizəsi üzrə beynəlxalq standartlar və idarəetmə sistemləri haqqında biliklərin olması;
- İstehsalat qəzalarının və bədbəxt hadisələrin araşdırılması istiqamətində təcrübənin olması;
- Fövqəladə hallar zamanı davranış və təxliyə prosedurlarını bilmək;
- MS Office proqramları üzrə bacarıqların olması (Word, Excel, PowerPoint);
CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə “Əməyin mühafizəsi üzrə mühəndis” qeyd edilsin.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.