Əsas öhdəliklər:
- İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması ilə bağlı işlərin icra olunması;
- İşçilər üçün işin xüsusiyyətinə uyğun vaxtı rejimlərinin tərtib edilməsi və işçilərin işə davamiyyətinin izlənməsi;
- Vakansiyaların elan olunması, işçi müraciətlərinin qiymətləndirilməsi;
- İşə qəbul müsahibələrinin təşkil edilməsi və işə qəbul proseslərinin effektiv idarə olunması;
- İnsan resursları proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- İşçi şikayətlərinin araşdırılması, münaqişələrin və potensial risklərin vaxtında və səmərəli həll olunması;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, şəxsi işlərə daxil olan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq;
- İşçilərlə bağlanan əmək müqavilələrinin hazırlanması və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi məlumatlarının ERP sistemində (elektron və ya kağız daşıyıcıda) qeyiyyatını həyata keçirmək, məlumatların vaxtında yenilənməsini təmin etmək;
- İşçilərin məzuniyyətlərinin uçotunu aparmaq, məzuniyyət qrafiklərinin hazırlanmasında iştirak etmək və məzuniyyət əmrlərinin rəsmiləşdirilməsini həyata keçirmək;
- İşçilərin müəssisənin daxili qaydaları və prosedurları ilə tanış edilməsi;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 3 il iş təcrübəsinin olması;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklərinin olması;
- İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında biliklərinin olması;
- Effektiv ünsiyyət və təqdimat bacarığının olması;
- Komanda ilə işləmək bacarığının olması;
- Məxfi məlumatlarla işləmək təcrübəsinin olması;
- İngilis dili biliyinin olması;
- Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması;
CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” qeyd edilsin.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.