Absheron Hospitality Group MMC Absheron Hospitality Group MMC
  • 1.3K

Absheron Hospitality Group MMC

Hotel, restoran və istirahət mərkəzləri

İnsan resursları üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları üzrə mütəxəssis

  • Deadline 12 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas öhdəliklər:

  • İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması ilə bağlı işlərin icra olunması;
  • İşçilər üçün işin xüsusiyyətinə uyğun vaxtı rejimlərinin tərtib edilməsi və işçilərin işə davamiyyətinin izlənməsi;
  • Vakansiyaların elan olunması, işçi müraciətlərinin qiymətləndirilməsi;
  • İşə qəbul müsahibələrinin təşkil edilməsi və işə qəbul proseslərinin effektiv idarə olunması;
  • İnsan resursları proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • İşçi şikayətlərinin araşdırılması, münaqişələrin və potensial risklərin vaxtında və səmərəli həll olunması;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, şəxsi işlərə daxil olan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq;
  • İşçilərlə bağlanan əmək müqavilələrinin hazırlanması və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi məlumatlarının ERP sistemində (elektron və ya kağız daşıyıcıda) qeyiyyatını həyata keçirmək, məlumatların vaxtında yenilənməsini təmin etmək;
  • İşçilərin məzuniyyətlərinin uçotunu aparmaq, məzuniyyət qrafiklərinin hazırlanmasında iştirak etmək və məzuniyyət əmrlərinin rəsmiləşdirilməsini həyata keçirmək;
  • İşçilərin müəssisənin daxili qaydaları və prosedurları ilə tanış edilməsi;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 3 il iş təcrübəsinin olması;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklərinin olması;
  • İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında biliklərinin olması;
  • Effektiv ünsiyyət və təqdimat bacarığının olması;
  • Komanda ilə işləmək bacarığının olması;
  • Məxfi məlumatlarla işləmək təcrübəsinin olması;
  • İngilis dili biliyinin olması;
  • Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması;

CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” qeyd edilsin.

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily114
  • Weekly296
  • Monthly1102