“Absheron Hospitality Group” MMC “Kiçik aşpaz” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
- Gündəlik işə başlamazdan əvvəl iş sahəsini tam hazır vəziyyətə gətirmək;
- Lazımi məhsul və alətlərin əvvəlcədən hazırlanmasını təmin etmək;
- İş sahəsinin, masaların, kəsici alətlərin və avadanlıqların mütəmadi təmizlənməsini həyata keçirmək;
- Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək, avadanlıqlarda yaranan nasazlıqlar barədə aşpaz və ya aşpaz köməkçisinə məlumat vermək;
- Ərzaqların qəbulunda və çeşidlənməsində, yerləşdirilməsində iştirak etmək;
- İlkin hazırlıq işlərini (tərəvəzlərin doğranması, ətin təmizlənməsi, sous və yarımfabrikatların hazırlanması) icra etmək;
- İstifadə olunan məhsulların keyfiyyətini yoxlamaq və uyğunsuzluq aşkar edildikdə aşpaz və ya aşpaz köməkçisinə məlumat vermək;
- Məhsulların bişirilməyə hazır vəziyyətə gətirilməsi üçün porsiyalanmasını təmin etmək;
- Hazırlanmış yeməklərin porsiya ölçülərinə və təqdimat standartlarına uyğun şəkildə verilməsini təmin etmək;
- Qida təhlükəsizliyi və sanitariya normalarına (HACCP standartları) əməl etmək;
- Şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 2 il iş təcrübəsinin olması;
- Əsas kulinariya biliklərinin (doğrama texnikaları, bişirmə üsulları) olması;
- Qida təhlükəsizliyi və gigiyena qaydalarını bilmək;
- Ərzaqların saxlanma qaydalarını bilmək;
- Sürətli və səliqəli işləmək;
- Diqqətli olmaq və detallara önəm vermək;
CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir.
E-mail göndərilərkən mövzu hissəsində “Kiçik aşpaz” qeyd olunmalıdır.