Absheron Hospitality Group MMC Absheron Hospitality Group MMC
  • 431

Absheron Hospitality Group MMC

Прочее

Kiçik aşpaz

  • Истекает 9 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Absheron Hospitality Group” MMC “Kiçik aşpaz” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Əsas öhdəliklər:

  • Gündəlik işə başlamazdan əvvəl iş sahəsini tam hazır vəziyyətə gətirmək;
  • Lazımi məhsul və alətlərin əvvəlcədən hazırlanmasını təmin etmək;
  • İş sahəsinin, masaların, kəsici alətlərin və avadanlıqların mütəmadi təmizlənməsini həyata keçirmək;
  • Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək, avadanlıqlarda yaranan nasazlıqlar barədə aşpaz və ya aşpaz köməkçisinə məlumat vermək;
  • Ərzaqların qəbulunda və çeşidlənməsində, yerləşdirilməsində iştirak etmək;
  • İlkin hazırlıq işlərini (tərəvəzlərin doğranması, ətin təmizlənməsi, sous və yarımfabrikatların hazırlanması) icra etmək;
  • İstifadə olunan məhsulların keyfiyyətini yoxlamaq və uyğunsuzluq aşkar edildikdə aşpaz və ya aşpaz köməkçisinə məlumat vermək;
  • Məhsulların bişirilməyə hazır vəziyyətə gətirilməsi üçün porsiyalanmasını təmin etmək;
  • Hazırlanmış yeməklərin porsiya ölçülərinə və təqdimat standartlarına uyğun şəkildə verilməsini təmin etmək;
  • Qida təhlükəsizliyi və sanitariya normalarına (HACCP standartları) əməl etmək;
  • Şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 2 il iş təcrübəsinin olması;
  • Əsas kulinariya biliklərinin (doğrama texnikaları, bişirmə üsulları) olması;
  • Qida təhlükəsizliyi və gigiyena qaydalarını bilmək;
  • Ərzaqların saxlanma qaydalarını bilmək;
  • Sürətli və səliqəli işləmək;
  • Diqqətli olmaq və detallara önəm vermək;

CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir.

E-mail göndərilərkən mövzu hissəsində “Kiçik aşpaz” qeyd olunmalıdır.

  • Daily118
  • Weekly371
  • Monthly1058