Əsas öhdəliklər:
- Restoranda qida, içki və digər material xərclərini izləmək, standart xərc göstəricilərini (food cost, beverage cost, waste cost) müəyyən etmək;
- Menyu üzrə bütün yemək və içkilər üçün reseptlərin hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;
- Reseptlərdə göstərilən porsiya və tərkib standartlarına əməl olunmasını yoxlamaq;
- Qiymət dəyişikliklərinin menyuya təsirini analiz etmək və satış qiymətləri üzrə tövsiyələr vermək;
- Mətbəx və bar istehsal proseslərində xammal istifadəsinə nəzarət etmək, israf, texnoloji itkilər və normadan artıq istifadə hallarını aşkar etmək;
- Satış hesabatlarını təhlil edərək gəlir–xərc balansını qiymətləndirmək;
- Məlumatların düzgün və vaxtında sistemə daxil edilməsini təmin etmək;
- Faktiki xərcləri planlaşdırılmış göstəricilərlə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;
- Xərclərin optimallaşdırılması üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Qəbul edilən məhsulların sifariş və faktura məlumatlarına uyğunluğunu yoxlamaq;
- Gündəlik, həftəlik və aylıq inventar sayımlarını təşkil etmək və nəticələri təhlil etmək;
- Çatışmazlıq, artıq qalıq və köhnəlmiş məhsullarla bağlı hesabatlar hazırlamaq.
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
- Maliyyə və xərclərə nəzarət üzrə biliklərin olması;
- Restoran əməliyyatları üzrə biliklərin olması;
- Analitik və riyazi bacarıqların olması;
- Problem həll etmə və qərarvermə bacarığının olması;
- Restoran idarəetmə proqramlarını istifadə etmək (R-Keeper, iiko və s.);
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. E-mail göndərilərkən mövzu hissəsində “Cost controller” qeyd olunmalıdır.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.