Maliyyə-mühasibatlıq proseslərinə rəhbərlik edəcək təcrübəli Baş Mühasib axtarır. Vəzifənin əsas məqsədi – şirkətin bütün mühasibat və vergi uçotunun, maliyyə hesabatlılığının və daxili nəzarət sisteminin tam, düzgün və şəffaf şəkildə idarə olunmasını təmin etməkdir.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun təşkili:
- Şirkətin mühasibat uçotunun tam və düzgün aparılması
- Bütün təsərrüfat əməliyyatlarının uçota alınmasına nəzarət
- Müqavilə, qaimə, akt, kassa sənədləri və digər ilkin sənədlərin düzgünlüyünün yoxlanılması
- Gəlir və xərclərin düzgün tanınması və hesablar planına uyğun rəsmiləşdirilməsi
Vergi uçotu və hesabatlılıq:
- Vergi Məcəlləsinə uyğun olaraq bütün vergi növlərinin düzgün hesablanması
- Vergi bəyannamələrinin vaxtında və səhvsiz hazırlanıb təqdim edilməsi
- Vergi orqanları ilə yazışmalar və yoxlamalarda şirkətin peşəkar təmsil olunması
Maliyyə və mühasibat hesabatları:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Kassa və bank əməliyyatlarına gündəlik nəzarət
- Debitor və kreditor borclarının idarə edilməsi, üzləşmələrin həyata keçirilməsi
Komandanın idarə olunması:
- Tabeliyində olan mühasiblərin işinin planlaşdırılması və nəzarət
- Mühasibat uçotu üzrə daxili qaydaların və prosedurların tətbiqi və təkmilləşdirilməsi
- Komandanın peşəkar inkişafının dəstəklənməsi
Maliyyə analizi və planlaşdırma:
- Şirkətin maliyyə göstəricilərinin planlaşdırılması və təhlili
- Böyük həcmdə məlumatların analizi və proqnozların verilməsi
- Maliyyə risklərinin qiymətləndirilməsi və xərclərin optimallaşdırılması
- Şirkətin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması
ERP və mühasibat sistemləri:
- LogiX, 1C və digər mühasibat proqramlarında uçotun düzgün qurulmasına nəzarət
- Sistemdə məlumatların dəqiqliyinin təmin edilməsi
- Daxili hesabatların avtomatlaşdırılması və yeni hesabat formalarının hazırlanması
Daxili nəzarət və audit:
- Daxili nəzarət mexanizmlərinin yaradılması və tətbiqi
- Daxili və xarici audit proseslərində iştirak
- Qanunvericilikdə baş verən dəyişikliklərin vaxtında izlənilməsi və tətbiqi
Tələblər:
- Ali təhsil – maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində
- Yalnız Baş mühasib kimi minimum 3–5 il iş təcrübəsi (bu şərt mütləqdir)
- Vergi Məcəlləsi və mühasibat uçotu üzrə milli qanunvericilik bilikləri
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Maliyyə analizində və proqnozların verilməsində təcrübə
- Detallara diqqətli, məsuliyyətli və sistemli iş prinsipi
- Komandaya rəhbərlik bacarığı, operativlik və stresə davamlılıq
- Qərarvermə və zamanın düzgün idarə edilməsi bacarıqları
- Təcrübə və bacarığa uyğun rəqabət qabiliyyətli əmək haqqı
- Peşəkar inkişaf və korporativ mühitdə uzunmüddətli iş imkanı
Kompüter bilikləri:
- MS Office (xüsusilə Excel üzrə yaxşı səviyyə)
- BTP, LogiX və ya 1C proqramlarında işləmə bacarığı
İş ünvanı: H.Əliyev prospekti 187C Arena plaza
Müraciət qaydası: Maraqlanan namizədlərdən xahiş olunur ki, fotoşəkilli CV-lərini “Baş Mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərsinlər.