Abu-life Group Abu-life Group
  • 252

Baş Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Mühasib

  • Истекает 5 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə-mühasibatlıq proseslərinə rəhbərlik edəcək təcrübəli Baş Mühasib axtarır. Vəzifənin əsas məqsədi – şirkətin bütün mühasibat və vergi uçotunun, maliyyə hesabatlılığının və daxili nəzarət sisteminin tam, düzgün və şəffaf şəkildə idarə olunmasını təmin etməkdir.

Vəzifə öhdəlikləri:

Mühasibat uçotunun təşkili:

  • Şirkətin mühasibat uçotunun tam və düzgün aparılması
  • Bütün təsərrüfat əməliyyatlarının uçota alınmasına nəzarət
  • Müqavilə, qaimə, akt, kassa sənədləri və digər ilkin sənədlərin düzgünlüyünün yoxlanılması
  • Gəlir və xərclərin düzgün tanınması və hesablar planına uyğun rəsmiləşdirilməsi

Vergi uçotu və hesabatlılıq:

  • Vergi Məcəlləsinə uyğun olaraq bütün vergi növlərinin düzgün hesablanması
  • Vergi bəyannamələrinin vaxtında və səhvsiz hazırlanıb təqdim edilməsi
  • Vergi orqanları ilə yazışmalar və yoxlamalarda şirkətin peşəkar təmsil olunması

Maliyyə və mühasibat hesabatları:

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
  • Kassa və bank əməliyyatlarına gündəlik nəzarət
  • Debitor və kreditor borclarının idarə edilməsi, üzləşmələrin həyata keçirilməsi

Komandanın idarə olunması:

  • Tabeliyində olan mühasiblərin işinin planlaşdırılması və nəzarət
  • Mühasibat uçotu üzrə daxili qaydaların və prosedurların tətbiqi və təkmilləşdirilməsi
  • Komandanın peşəkar inkişafının dəstəklənməsi

Maliyyə analizi və planlaşdırma:

  • Şirkətin maliyyə göstəricilərinin planlaşdırılması və təhlili
  • Böyük həcmdə məlumatların analizi və proqnozların verilməsi
  • Maliyyə risklərinin qiymətləndirilməsi və xərclərin optimallaşdırılması
  • Şirkətin maliyyə-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması

ERP və mühasibat sistemləri:

  • LogiX, 1C və digər mühasibat proqramlarında uçotun düzgün qurulmasına nəzarət
  • Sistemdə məlumatların dəqiqliyinin təmin edilməsi
  • Daxili hesabatların avtomatlaşdırılması və yeni hesabat formalarının hazırlanması

Daxili nəzarət və audit:

  • Daxili nəzarət mexanizmlərinin yaradılması və tətbiqi
  • Daxili və xarici audit proseslərində iştirak
  • Qanunvericilikdə baş verən dəyişikliklərin vaxtında izlənilməsi və tətbiqi

Tələblər:

  • Ali təhsil – maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində
  • Yalnız Baş mühasib kimi minimum 3–5 il iş təcrübəsi (bu şərt mütləqdir)
  • Vergi Məcəlləsi və mühasibat uçotu üzrə milli qanunvericilik bilikləri
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • Maliyyə analizində və proqnozların verilməsində təcrübə
  • Detallara diqqətli, məsuliyyətli və sistemli iş prinsipi
  • Komandaya rəhbərlik bacarığı, operativlik və stresə davamlılıq
  • Qərarvermə və zamanın düzgün idarə edilməsi bacarıqları 
  • Təcrübə və bacarığa uyğun rəqabət qabiliyyətli əmək haqqı
  • Peşəkar inkişaf və korporativ mühitdə uzunmüddətli iş imkanı

 

Kompüter bilikləri:

  • MS Office (xüsusilə Excel üzrə yaxşı səviyyə)
  • BTP, LogiX və ya 1C proqramlarında işləmə bacarığı

İş ünvanı: H.Əliyev prospekti 187C Arena plaza

Müraciət qaydası: Maraqlanan namizədlərdən xahiş olunur ki, fotoşəkilli CV-lərini “Baş Mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərsinlər.

  • Daily14
  • Weekly556
  • Monthly556