İş yeri: Xırdalan (yeni filial)
Vəzifənin məqsədi
- Xırdalan filialında elektronika və mebel kateqoriyaları üzrə satış, personal, anbar və kassa proseslərinin tam və effektiv idarə olunması, filialın dövriyyə, mənfəət və xidmət keyfiyyəti göstəricilərinin artırılması, Abulife Group-un daxili qayda və prosedurlarının filial səviyyəsində düzgün icrasının təmin edilməsi.
Əsas vəzifə və səlahiyyətlər
- Elektronika və mebel məhsulları üzrə satış proseslərinin idarə olunması
- Gündəlik və aylıq satış planlarının icrası və nəzarəti
- Satış komandasının idarə edilməsi və nəticəyə yönəldilməsi
- Müştəri məmnuniyyəti və şikayətlərin operativ həlli
- Anbar, stok və məhsul hərəkətlərinə nəzarət
- Nağd və qeyri-nağd ödənişlər, kassa intizamına nəzarət
- Kreditlə satış proseslərinin düzgün icrası
- ERP / satış / anbar sistemləri üzərindən hesabatların hazırlanması
- Rəhbərliyə dəqiq və şəffaf məlumatların təqdim edilməsi
Tələblər
- Ali təhsil (mütləq şərtdir)
- Elektronika və/və ya mebel mağazasında minimum 3 il rəhbər, filial müavini və ya böyük satıcı təcrübəsi
- Mağaza əməliyyatlarını tam idarə etmə bacarığı
- Satış, personal və proses idarəetməsində praktik təcrübə
- Güclü liderlik, məsuliyyət və intizam
- Stress altında operativ və düzgün qərarvermə bacarığı
Üstünlüklər
- Elektronika və mebel sahəsində real mağaza idarəetmə təcrübəsi
- ERP / satış / anbar sistemləri ilə iş bacarığı
- Kreditlə satış və müştəri portfeli ilə iş təcrübəsi
- Hesabatlı və şəffaf iş mədəniyyəti
Təklif edirik
- Rəqabətqabiliyyətli əmək haqqı
- Satış nəticələrinə bağlı bonus sistemi
- Yeni filialda rəhbər mövqe və real səlahiyyət
- Stabil və böyüyən şirkətdə uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi
Müraciət qaydası
- Şəkilli CV-lərinizi “Filial Müdürü – Xırdalan” mövzusu ilə 099 204 07 18 nömrəsinə göndərməyiniz xahiş olunur.
Bu vakansiya üzrə yalnız ali təhsilli, elektronika və mebel mağazasında real idarəetmə təcrübəsi olan namizədlərin müraciətinə baxılacaq.