Abu-life Group Abu-life Group
  • 202

Abu-life Group

Filial Müdürü (Elektronika & Mebel Mağazası)

Filial Müdürü (Elektronika & Mebel Mağazası)

  • Deadline 6 Fevral 2026

İş yeri: Xırdalan (yeni filial)

Vəzifənin məqsədi

  • Xırdalan filialında elektronika və mebel kateqoriyaları üzrə satış, personal, anbar və kassa proseslərinin tam və effektiv idarə olunması, filialın dövriyyə, mənfəət və xidmət keyfiyyəti göstəricilərinin artırılması, Abulife Group-un daxili qayda və prosedurlarının filial səviyyəsində düzgün icrasının təmin edilməsi.

Əsas vəzifə və səlahiyyətlər

  • Elektronika və mebel məhsulları üzrə satış proseslərinin idarə olunması
  • Gündəlik və aylıq satış planlarının icrası və nəzarəti
  • Satış komandasının idarə edilməsi və nəticəyə yönəldilməsi
  • Müştəri məmnuniyyəti və şikayətlərin operativ həlli
  • Anbar, stok və məhsul hərəkətlərinə nəzarət
  • Nağd və qeyri-nağd ödənişlər, kassa intizamına nəzarət
  • Kreditlə satış proseslərinin düzgün icrası
  • ERP / satış / anbar sistemləri üzərindən hesabatların hazırlanması
  • Rəhbərliyə dəqiq və şəffaf məlumatların təqdim edilməsi

Tələblər

  • Ali təhsil (mütləq şərtdir)
  • Elektronika və/və ya mebel mağazasında minimum 3 il rəhbər, filial müavini və ya böyük satıcı təcrübəsi
  • Mağaza əməliyyatlarını tam idarə etmə bacarığı
  • Satış, personal və proses idarəetməsində praktik təcrübə
  • Güclü liderlik, məsuliyyət və intizam
  • Stress altında operativ və düzgün qərarvermə bacarığı

Üstünlüklər

  • Elektronika və mebel sahəsində real mağaza idarəetmə təcrübəsi
  • ERP / satış / anbar sistemləri ilə iş bacarığı
  • Kreditlə satış və müştəri portfeli ilə iş təcrübəsi
  • Hesabatlı və şəffaf iş mədəniyyəti

Təklif edirik

  • Rəqabətqabiliyyətli əmək haqqı
  • Satış nəticələrinə bağlı bonus sistemi
  • Yeni filialda rəhbər mövqe və real səlahiyyət
  • Stabil və böyüyən şirkətdə uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi

Müraciət qaydası

  • Şəkilli CV-lərinizi “Filial Müdürü – Xırdalan” mövzusu ilə 099 204 07 18 nömrəsinə göndərməyiniz xahiş olunur.

Bu vakansiya üzrə yalnız ali təhsilli, elektronika və mebel mağazasında real idarəetmə təcrübəsi olan namizədlərin müraciətinə baxılacaq.

  • Daily0
  • Weekly626
  • Monthly648