Abu-life Group Abu-life Group
  • 354

Abu-life Group

Satınalma Rəhbəri

  • Deadline 6 Fevral 2026

İş yeri: Bakı
Vəzifənin məqsədi

  • Abulife Group daxilində mebel və elektronika kateqoriyaları üzrə satınalma fəaliyyətinin strateji və analitik şəkildə idarə edilməsi, optimal qiymət–keyfiyyət–stok balansının təmin olunması, anbar və satışla inteqrasiya olunmuş effektiv satınalma sisteminin qurulması.

Əsas vəzifə və öhdəliklər

  • Mebel və elektronika məhsulları üzrə illik, rüblük və aylıq satınalma planlarının hazırlanması
  • Təchizatçıların seçimi, qiymət və şərt danışıqlarının aparılması
  • Satınalma prosesinin maya, marja və stok riskləri baxımından analizi
  • Anbar dövriyyəsi, stok limitləri və riskli məhsullar üzərində nəzarət
  • Satınalma mütəxəssislərinin idarə olunması və hesabatlılıq sisteminin qurulması
  • Satınalma qərarlarının analitik əsaslandırılması və rəhbərliyə təqdim edilməsi

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, menecment – üstünlükdür)
  • Mebel və/və ya elektronika sahəsində satınalma üzrə minimum 3 il rəhbər və ya aparıcı mütəxəssis təcrübəsi
  • Güclü analitik düşüncə və Excel biliyi
  • Təchizatçılarla effektiv və prinsipial danışıqlar aparmaq bacarığı
  • Anbar, logistika və satış prosesləri haqqında praktiki anlayış
  • Məsuliyyətli, sistemli və nəticəyönümlü yanaşma

Üstünlüklər

ERP / anbar / satınalma proqramları ilə iş təcrübəsi

  • Satınalma proseslərinin ERP sistemi üzərindən aparılması, anbar qalığı, stok hərəkəti, alış sifarişləri, maya və hesabat modulları ilə işləmək bacarığı. Sistemli və rəqəmsal mühitdə qərarvermə təcrübəsi.

Retail və ya topdansatış sahəsində real təcrübə

  • Mağaza şəbəkəsi və ya topdansatış modeli üzrə satınalma proseslərinin qurulması, satış sürətinə uyğun alış planlaması, kampaniya və mövsümi satışlar üçün stok idarəetməsi təcrübəsi.

Hesabatlı və şəffaf iş mədəniyyəti

  • Satınalma qərarlarının yazılı və analitik əsaslandırılması, aylıq və rüblük hesabatların hazırlanması, rəhbərliyə şəffaf məlumat təqdim etmə və məsuliyyətli qərarvermə mədəniyyəti.

 Təklif edirik

  • Rəqabətqabiliyyətli əmək haqqı
  • Nəticəyə bağlı bonus sistemi
  • Strateji qərarvermədə aktiv rol və real səlahiyyət
  • Abulife Group kimi böyüyən və stabil şirkətdə uzunmüddətli əməkdaşlıq

Müraciət qaydası

  • Şəkilli CV-lərinizi “Satınalma Rəhbəri” mövzusu ilə 099 204 07 18 nömrəsinə göndərməyiniz xahiş olunur.

Yalnız mebel və elektronika sahəsində real satınalma təcrübəsianalitik yanaşması olan namizədlər müraciət etsin.

  • Daily0
  • Weekly750
  • Monthly772