AutoCAD operatoru (Zəif axın sistemləri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AutoCAD operatoru (Zəif axın sistemləri)

  • Deadline 19 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə: Təhlükəsizlik, zəif axın və audio-vizual sistemlərin inteqrasiyası.

"ABV" şirkəti komandasına zəif axın layihələri üzrə təcrübəli və məsuliyyətli AutoCAD operatoru axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Zəif axın sistemləri, təhlükəsizlik və audio-vizual (AV) sistemlər üzrə layihələrin eskiz sxemlərini və işçi çertyojlarını AutoCAD proqramında hazırlamaq.
  • Layihələrin müvafiq standartlara və texniki normalara uyğunluğunu təmin etmək.
  • Tələb olunan hallarda layihələrin 3D vizuallaşdırma işlərini yerinə yetirmək.
  • Zərurət yarandıqda obyektə gedərək mühəndislərlə birlikdə ölçülərin götürülməsində iştirak etmək.
  • Şöbə daxilində əməkdaşların tələblərinə əsasən müvafiq eskiz sxemlərini hazırlamaq.
  • AutoCAD-dan əlavə, sahə ilə əlaqəli digər proqram təminatlarını (məsələn: Hitools və s.) öyrənmək və tətbiq etmək.
  • Şöbəyə aid bütün eskiz və layihə sənədlərinin nizamlı arxivləşdirilməsini və hazır vəziyyətdə saxlanılmasını təmin etmək.
  • Layihə menecerləri və koordinatorların fəaliyyətinə texniki dəstək göstərmək.
  • Layihəyə aid texniki spesifikasiyaların və digər sənədlərin hazırlanmasında iştirak etmək.
  • Şirkətin fəaliyyət sahəsinə aid olan sistemlər (CCTV, siqnalizasiya, girişə nəzarət, video wall və s.) haqqında biliklərini daim yeniləmək.

Namizədə dair tələblər:

  • AutoCAD proqramında yüksək səviyyədə işləmək bacarığı.
  • Zəif axın və təhlükəsizlik sistemləri sahəsində bilik və ya təcrübə (arzuolunandır).
  • Texniki sənədlərlə işləmə bacarığı.
  • Öyrənməyə meyllilik və texniki yenilikləri mənimsəmək qabiliyyəti.
  • Komandada effektiv işləmək bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “ABV - AutoCAD operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily111
  • Weekly416
  • Monthly1800