Vəzifə öhdəlikləri:
- Satış, stok və müştəri məlumatlarının təhlili və hesabatların hazırlanması
- Kommersiya göstəricilərinin (satış həcmi, marja, dövriyyə və s.) analiz edilməsi
- Məlumatlardan istifadə edərək trendlərin, risklərin və imkanların müəyyənləşdirilməsi
- Rəhbərliyə qərarvermə prosesində dəstək məqsədilə analitik məlumatların təqdim edilməsi
- Kommersiya komandası ilə birgə biznes proseslərinin optimallaşdırılması
Tələblər:
- Ali təhsil (iqtisadiyyat, statistika, informasiya texnologiyaları və ya oxşar sahə üzrə)
- Excel-də yüksək səviyyədə işləmə bacarığı (pivot, power query və s.)
- Power BI və ya digər analitik alətlərlə işləmə bacarığı üstünlükdür
- Analitik düşüncə və detallara diqqət
- Təcrübə: minimum 1 il bu və ya oxşar sahədə
İş şərtləri:
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və inkişaf yönümlü mühit
- İş qrafiki: 5 gün
Müraciət:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Data Analitik” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.