Vəzifə öhdəlikləri:
- Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq;
- Məhsullar (notbuklar, smartfonlar, məişət texnikası və s.) haqqında müştərilərə ətraflı məlumat vermək;
- Müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimində köməklik göstərmək;
- Satış planlarının və hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Məhsulların rəflərdə səliqəli düzülüşünə və qiymət kağızlarının düzgünlüyünə nəzarət etmək.
- Şirkətin portfelində olan yeni texnologiyaları və cihazları dərindən öyrənmək, texniki yeniliklərdən daima xəbərdar olmaq;
- Müştərilərin müraciətlərini, şikayət və təkliflərini dinləmək, onları operativ şəkildə həll etmək və ya rəhbərliyə yönləndirmək;
- Görülən işlər və satış nəticələri barədə gündəlik/aylıq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək.
Namizədə dair tələblər:
- Ali və ya orta-ixtisas təhsili;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (elektronika sahəsi arzuolunandır);
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dili biliyi üstünlükdür);
- Texnologiyaya maraq və öyrənməyə həvəs;
- Ünsiyyətcil, punktual və komandada işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı: Fix (məvacib) + Satışdan bonuslar;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Müraciət üçün:
CV-nizi mövzu hissəsində "Satış məsləhətçisi" qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.