Satış üzrə Operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə Operator

  • Deadline 16 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Daxil olan sifarişlərin qeydiyyatını aparmaq və müvafiq sistemə daxil etmək;
  • Elektron sifarişlərin qəbulunu, emalını və icra prosesini izləmək;
  • Sifarişlərlə bağlı daxil olan məlumatları dəqiqləşdirmək məqsədilə satış nöqtələri ilə əlaqə saxlamaq və sifarişlərin vaxtında və düzgün icrasını təmin etmək;
  • Satış fəaliyyəti üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək;
  • Şirkətlə əməkdaşlıq edən satış nöqtələrinin və müştərilərin məlumat bazasını formalaşdırmaq, mütəmadi olaraq yeniləmək və məlumatların dəqiqliyini təmin etmək;
  • Sifarişlərin icrası zamanı yaranan sual və problemləri aidiyyəti şəxslərlə koordinasiya etmək;
  • Satış proseslərinin səmərəli təşkili və məlumat mübadiləsinin təmin edilməsi məqsədilə müvafiq şöbələrlə əməkdaşlıq etmək;
  • Tərəfdaşlar və müştərilər üçün təşkil olunan tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

Namizədə dair tələblər

  • Orta ixtisas və ya ali təhsil;
  • Satış və ya müştəri xidmətləri sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ya ingilis dili bilikləri üstünlükdür;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
  • Məlumatlarla işləmək, sifarişləri sistemləşdirmək və hesabat hazırlamaq bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
  • Aktiv, təşəbbüskar və nəticəyönümlü iş yanaşması;
  • Komandada işləmək və iş proseslərini effektiv şəkildə koordinasiya etmək bacarığı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Satış üzrə Operator” qeyd etməklə göndərə bilərlər.

  • Daily0
  • Weekly567
  • Monthly1415