Təsvir
Müşahidə Şurası və digər idarəetmə orqanlarının işinin dəstəklənməsi:
- Müşahidə Şurası və komitələrin iclaslarının təşkili və idarə olunması, o cümlədən iclasların planlaşdırılması, gündəliyin hazırlanması və materialların paylanması.
- Müşahidə Şurasının və onun komitələrinin səmərəli fəaliyyətinə dəstək göstərmək; korporativ idarəetmə ilə bağlı məsləhətlər vermək və bankın korporativ idarəetmə strukturunu gücləndirmək üçün tədbirlər müəyyən etmək;
Sənədlərin idarə olunması:
- İclas protokolları, reyestrlər və normativ sənədlər də daxil olmaqla, bankın korporativ sənədlərinin dəqiq və aktual şəkildə saxlanılması.
Normativ tələblərə riayət edilməsi:
- Bankın Mərkəzi Bankın korporativ idarəetmə standartlarına və digər müvafiq normativ tələblərə uyğun fəaliyyət göstərməsini təmin etmək.
Kommunikasiya əlaqələndirilməsi:
- Müşahidə Şurası, komitələr və İdarə Heyəti ilə kənar tərəflər, o cümlədən tənzimləyici qurumlar və səhmdarlar arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək.
Tələblər
- Hüquq, iqtisadiyyat və ya idarəetmə sahəsində ali təhsil;
- Maliyyə bazarları sahəsində azı 3 (üç) illik iş təcrübəsi;
- Azərbaycan və ingilis dili biliyi
- Korporativ idarəetmə standartlarına dair dərin bilik;
- Təşkilati və analitik düşüncə qabiliyyəti;
- Ünsiyyət bacarıqları və kollektivdə effektiv işləmə qabiliyyəti;
- Məlumatların obyektiv və müstəqil təhlili üzrə bacarıqlar.
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat