ACCFIN GROUP komandası üçün Korporativ Satış Meneceri axtarır!
Namizədə tələblər:
- Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi
- Müasir satış texnikalarını bilmə
- Səlis və inandırıcı danışıq bacarığı
- Güclü bədən dili və təqdimat bacarıqları
- Analitik düşüncə və geniş vizyon
- Şəxsi avtomobilin olması (iş prosesində aktiv görüşlər üçün)
Biz nə təklif edirik?
- Əmək haqqı: 800 AZN fix + yüksək bonuslar
- Korporativ nömrə, telefon və notbuk
- Benzin kartı
- Mühasibatlıq, vergi və kadr xidmətləri üzrə peşəkar təlim
Bonus sistemi:
- Layihələrdən 10%
- Aylıq xidmət haqqından 5%
- Hədəflənmiş görüşlər üçün əlavə bonuslar
Normal satış bacarıqlarına sahib mütəxəssis üçün aylıq 3000+ AZN gəlir əldə etmək realdır.
İş yeri və qrafik:
- Ünvan: Nəcəf Nərimanov 5C
- İş qrafiki: 5 günlük
Qeyd: Korporativ xidmət satışı məsuliyyət və ciddi bacarıqlar tələb edir. Yalnız bu sahədə özünə güvənən və nəticə əldə etməyə fokuslanan namizədlərin müraciət etməsi xahiş olunur.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.