Accounting Solutions MMC ödənişli təcrübə proqramı elan edir.
Ödəniş təcrübəçi tərəfindən ödəniləcəkdir.
Mühasib-operator olaraq peşə fəaliyyətinə başlamağınız üçün lazımı bütün bilik və bacarıqları bu təcrübə proqramında əldə edəcəksiniz.
Təcrübə proqramı maksimum 5 nəfərdən ibarət olacaqdır və proqramın sonunda uğurlu və üstün nəticə göstərmiş 2 nəfər müəssisəmizdə işlə təmin ediləcəkdir.
Öyrənəcəkləriniz.
- Asan imza nədir və necə əldə etməli
- Hüquqi şəxsin təsis edilməsi və onlayn qeydiyyat prosesi
- Fiziki şəxsin uçota alınma prosesi (VÖEN-nün əldə edilməsi)
- Təsərrüfat subyektinin https://new.e-taxes.gov.az/ portalı vasitəsi ilə qeydiyyatı
- Müqavilələrin, qiymət razılaşdırma protokollarının və hesab fakturaların tərtib olunması
- Bütün növ elektron qaimə fakturaların https://new.e-taxes.gov.az/ portalı vasitəsi ilə tərtib olunması
- EFP proqram təminatı ilə tanışlıq
- Elektron qaimə fakturaların EFP proqram təminatı vasitəsi ilə tərtib olunması
- Əvəzləşən qaimə fakturaların EFP proqram təminatı ilə avtomatik olaraq e-qaimə sisteminə yüklənməsi
- Fəaliyyət kodlarının seçilməsi
- Şəxsi hesab vərəqə ilə tanışlıq və şəxsi hesab vərəqənin düzgün təhlil olunması
- Debitor/kreditorlarla hesablaşmaların aparılması və üzləşmə aktlarının tərtib olunması
- ƏMAS portalı ilə iş
- Əmək müqavilələrinin bağlanılması, xitam olunması və əmrlərin yaradılması
- Bankların internet bankinq sistemləri ilə tanışlıq və bütün növ ödənişlərin icrası
- Əmək haqqı və biznes kartların sifarişi
- https://new.e-taxes.gov.az/ portalı vasitəsi ilə bəyannamələrin təqdim olunması
- ƏDV, Mənfəət, Gəlir, Sadələşdirilmiş, Əmlak, ÖMV, Torpaq, Aksiz, Mədən vergisi bəyannamələrinin tərtib olunması və təqdim olunması
- Daxil olan bütün növ kameral uyğunsuzluq məktublarının araşdırılması və qanuni əsaslarla uyğunsuzluqların və kənarlaşmaların aradan qaldırlma yolları
- Dövlət statistika komitəsinə təqdim olunan hesabatlar (aylıq, rüblük, illik)
- https://e.customs.gov.az/ portalı ilə işləmək
- Müqavilələrə gömrük kodunun alınması və xarici köçürmələrin icra edilməsi
- Gömrük bəyannamələrinin sətrlər üzrə izahı
- Mühasibat uçotunun ikili hesablar T hesablar barədə ümumi məlumat
1C 8.3 redaksiya 3.0 proqram təminatında öyrənəcəkləriniz.
- Daxil olan və xaric olan pul vəsaitlərinin təyinatlarına müvafiq olaraq əks etdirilməsi
- Alış, satış və geri qaytarmaların işlənilməsi
- Kadrların işə qəbul olunması, işdən xaric olunması və kadrlarla bağlı dəyişiklik
- Əmək haqqının hesablanması və bankdan əmək haqqının köçürülməsi
- İcarə haqqlarının ödənilməsi və icarə haqqlarına görə ödəmə mənbəyində tutulan verginin proqramda əks etdirilməsi
- İdxal və ixrac əməliyyatlarının proqram təminatına işlənilməsi
- 1c proqramında idxal olunan malların maya dəyərinin formalaşması
- Dövriyyə saldo cədvəlinin formalaşması (hesablar üzrə izah olunacaqdır)
Yuxarıda qeyd etdiyimiz bütün bu əməliyyatları təcrübədə əyani olaraq gündəlik iş fəaliyyəti zamanı sizlərə tədris edəcəyik.
Əlaqə üçün: +99410 212 23 45
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.