Accounting.Az Accounting.Az
  • 1.2K

Accounting.Az

Peşəkar xidmətlər

Kadr işləri üzrə köməkçi

  • Deadline 13 İyun 2026

Ümumi məlumat:

  • Şəhər: Bakı
  • Əməkhaqqı: 400 AZN;
  • İş qrafiki: 08:30 – 17:30.

İş öhdəlikləri:

  • AR Əmək Qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi və işdən azad edilməsi proseslərinin sənədləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, lazımi sənədlərin toplanması və arxivləşdirilməsi;
  • Kadr kargüzarlığına dair sənədlərin (əmrlər, məzuniyyət qrafikləri, ezamiyyət vərəqələri və s.) hazırlanması və qeydiyyatı;
  • İmzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim edilməsi;
  • İntizam tədbirləri və əvəzçiliklə bağlı əmrlərin layihələrinin hazırlanması.

Namizədə dair tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: 2-6 ay;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyi üzrə mükəmməl biliklər (mütləqdir): Namizədin Əmək Məcəlləsinin tətbiqi, kadr kargüzarlığı və əmək müqavilələri ilə bağlı dərin biliklərə sahib olması əsas şərtdir; 
  • Kadr kargüzarlığı sahəsində praktiki təcrübə: 2-6 ay;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis və ya Rus dili (arzuolunandır);
  • Kompüter bilikləri: MS Office (xüsusilə MS Excel və MS Word) və MS Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Məsuliyyətlilik, detallara qarşı diqqətlilik və komandada işləmək qabiliyyəti;
  • Analitik düşünmə tərzi və operativ qərarvermə bacarığı.

Nə vəd edirik?

  • Top onluqda olan ən yaxşı şirkətdə iş fəaliyyəti;
  • Peşəkar mütəxəssislərdən təcrübə toplamaq imkanı;
  • Kadr işləri ilə bağlı təlimlərlə təmin olunma;
  • Könüllü tibbi sığorta ilə təmin olunma;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər və ya elektron poçt ünvanına CV-lərini göndərə bilərlər - [email protected]

  • Daily118
  • Weekly300
  • Monthly1106