Vəzifə öhdəlikləri:
- Beynəlxalq daşınmaları planlaşdırmaq, təşkil etmək və marşrutları optimallaşdırmaq;
- Logistika bazarını təhlil etmək, yeni daşıyıcıları müəyyən etmək və qiymət danışıqları aparmaq;
- Beynəlxalq daşınma və gömrük sənədlərini (CMR, invoice (invoys), packing list (qablaşdırma siyahısı) və s.) hazırlamaq və yoxlamaq;
- Gömrük rəsmiləşdirilməsi proseslərini koordinasiya etmək və sənədləri gömrük bəyannaməsi üçün hazırlamaq;
- Yüklərin yüklənmə, daşınma və boşaldılma statusunu izləmək və aidiyyəti şöbələri məlumatlandırmaq;
- Daşınma xərclərini hesablamaq, büdcəyə nəzarət etmək və hesab-fakturaları ödənişə yönləndirmək;
- Yaranan problemləri, gecikmələri və boşdayanma cərimələrini operativ şəkildə həll etmək;
- Müqavilələrlə işləmək və rəhbərlik tərəfindən verilən digər korporativ tapşırıqları icra etmək;
- Xüsusi icazə tələb edən yükləri müvafiq sistemlərə daxil etmək və lazımi icazələri təmin etmək.
Tələblər:
- Incoterms 2020 qaydaları üzrə mükəmməl bilik və praktiki tətbiq təcrübəsi;
- Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlük hesab olunur);
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, VLOOKUP və s. üstünlükdür);
- Analitik düşünmə, güclü danışıqlar aparma və problem həll etmə bacarığı;
İş şəraiti:
- İş rejimi: 6 günlük;
- İş yeri: Xırdalan şəhəri;
- Nahar, korporativ nömrə və servis xidməti şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Beynəlxalq daşınmalar üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.