A+Co ASC A+Co ASC
  • 296

A+Co ASC

Напитки

Beynəlxalq daşınmalar üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Beynəlxalq daşınmalar üzrə mütəxəssis

  • Истекает 14 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Beynəlxalq daşınmaları planlaşdırmaq, təşkil etmək və marşrutları optimallaşdırmaq;
  • Logistika bazarını təhlil etmək, yeni daşıyıcıları müəyyən etmək və qiymət danışıqları aparmaq; 
  • Beynəlxalq daşınma və gömrük sənədlərini (CMR, invoice (invoys), packing list (qablaşdırma siyahısı) və s.) hazırlamaq və yoxlamaq;
  • Gömrük rəsmiləşdirilməsi proseslərini koordinasiya etmək və sənədləri gömrük bəyannaməsi üçün hazırlamaq;
  • Yüklərin yüklənmə, daşınma və boşaldılma statusunu izləmək və aidiyyəti şöbələri məlumatlandırmaq;
  • Daşınma xərclərini hesablamaq, büdcəyə nəzarət etmək və hesab-fakturaları ödənişə yönləndirmək;
  • Yaranan problemləri, gecikmələri və boşdayanma cərimələrini operativ şəkildə həll etmək;
  • Müqavilələrlə işləmək və rəhbərlik tərəfindən verilən digər korporativ tapşırıqları icra etmək;
  • Xüsusi icazə tələb edən yükləri müvafiq sistemlərə daxil etmək və lazımi icazələri təmin etmək.

Tələblər:

  • Incoterms 2020 qaydaları üzrə mükəmməl bilik və praktiki tətbiq təcrübəsi; 
  • Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi; 
  • Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlük hesab olunur); 
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, VLOOKUP və s. üstünlükdür); 
  • Analitik düşünmə, güclü danışıqlar aparma və problem həll etmə bacarığı; 

İş şəraiti:

  • İş rejimi: 6 günlük; 
  • İş yeri: Xırdalan şəhəri; 
  • Nahar, korporativ nömrə və servis xidməti şirkət tərəfindən təmin edilir; 
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinəBeynəlxalq daşınmalar üzrə mütəxəssisyazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

  • Daily123
  • Weekly245
  • Monthly1954