Brend Menecer

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Brend Menecer

  • Deadline 27 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər: 

  • Ali təhsil (Marketinq sahəsində arzuolunandır);
  • Dil bilikləri:  Azərbaycan dili – Əla, Rus dili - Orta, İngilis dili - Orta;
  • MC Offise - Yaxşı səviyyədə;
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Analitik, kreativ düşüncə tərzi.

Vəzifə öhdəlikləri:

  • Şirkətin inkişaf istiqamətini müəyyən etmək üçün mövcud portfelin daimi analizi – brendlər üzrə məbləğ, həcm, gəlirlilik, gəlirlilik faizi;
  • Brendlər üçün marketinq planlarını hazırlamalı;
  • Bazarın təhlilini aparmalı, məhsulun xüsusiyyətlərini tədqiq etməli, istehlakçıların məhsula münasibətini müəyyənləşdirməli, şirkətin imicinin müntəzəm tədqiqatını aparmalı;
  • İstehsalçılarla brendlərin inkişaf planı və marketinq büdcəsi üzrə danışıqların aparılması;
  • Kateqoriya və brend strategiyaların və icra planlarının hazırlanması və icra edilməsi;
  • İllik və aylıq brend satış planlarının hazırlanması və satışla birlikdə təsdiqlənməsi;
  • Yeni brendlərin gətirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Brend plana əsasən promo planın hazırlanması;
  • Brendlər üzrə satış kanallarının müəyyən edilməsi;
  • Brendlər üzrə planoqramların müəyyən edilməsi;
  • Yeni brendlərin bazara girişi zamanı market tiplərinə görə satış paketinin müəyyən edilməsi;
  • Aylıq əsasda brend plana əsasən və ya ehtiyac yarandıqda promo kampaniyaların hazırlanması, icrasına nəzarət;
  • Kampaniyaların effektivliyi analizinin aparılması;
  • Aylıq və illik marketinq büdcələrin brend pnl-nə təsirini nəzərə alaraq idarə edilməsi və marketinq xərcləmə hədəfinə cavabdehlik.

İş şəraiti: 

  •  5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə ”Brend menecer” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Günlük0
  • Həftəlik289
  • Aylıq2019