Vəzifə öhdəlikləri:
- Aylıq və illik maliyyə hesabatlarını MHBS-lara uyğun hazırlamaq.
- Maliyyə hesabatlarının təhlilini aparmaq;
- Daxili və xarici istifadəçilərə hesabatları təqdim etmək;
- İllik büdcənin hazırlanması prosesində iştirak etmək;
- Büdcə hesabatlarının müqayisəli təhlili və hesabat dövrünün sonunda əhəmiyyətli dəyişiklikləri təqdim etmək;
- Müxtəlif istiqamətli idarəetmə hesabatlarını hazırlamaq və idarə panellərinə təqdim etmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsi üzrə təcrübə və biliklərin olması;
- ACCA üzrə sertifikatlar (F3 və F7), DIPIFR arzuolunandır;
- MS Office proqramlarından (MS Excel, Power BI) istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- Məntiqi və analitik düşünmə qabiliyyəti.
İş şərtləri:
- İş yeri: Xırdalan şəhəri;
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-18:00;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə və hesabatlıq üzrə mütəxəssis/aparıcı mütəxəssis" yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.