Daxili Logistika və Anbar şöbə rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili Logistika və Anbar şöbə rəhbəri

  • Deadline 7 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“A+CO” ASC “Daxili Logistika və Anbar şöbə rəhbəri” vəzifəsi üzrə işçi axtarışı elan edilir. 

Vəzifə öhdəlikləri:

  • Şirkətin daxili logistika və anbar əməliyyatlarının effektiv şəkildə planlaşdırılması, təşkil olunması və nəzarətdə saxlanılması
  • Gündəlik anbar proseslərinin (malların qəbulu, yerləşdirilməsi, saxlanması, yüklənməsi və çıxarılması) düzgün icrasına rəhbərlik etmək
  • Anbar ehtiyatlarının vaxtında və dəqiq uçotunun aparılmasını təmin etmək
  • Malların dövriyyəsinin izlənməsi və ehtiyat səviyyəsinin optimallaşdırılması
  • Daxili daşınmaların və məhsul hərəkətlərinin koordinasiyası
  • Logistika və anbar komandalarının işini təşkil etmək, iş bölgüsünü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək
  • Anbar və logistika sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
  • ERP/MRP və ya digər logistika proqramlarında işləmək, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Tədarük, satış və istehsalat komandaları ilə əlaqəli şəkildə işləyərək proseslərin səmərəliliyini artırmaq
  • Aylıq və illik inventar proseslərini təşkil etmək və nəticələrə nəzarət etmək
  • Logistika və anbarla bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər görmək

Tələblər: 

  • Ali təhsil (Logistika, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə arzuolunandır)
  • Logistika və anbar sahəsində ən az 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
  • ERP sistemləri (məsələn: 1C, SAP, Logo, Oracle və s.) və ya digər anbar idarəetmə proqramlarında təcrübə
  • Anbar və məhsul uçotu, yükləmə/boşaltma, daşınma prosesləri üzrə dərin biliklər
  • Komandaya rəhbərlik və proseslərin effektiv təşkil olunması bacarığı
  • Məsuliyyətli, dəqiq, təşəbbüskar və analitik düşüncəli olmaq
  • Güclü təşkilatçılıq və zamanın idarə olunması bacarığı
  • Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel)
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları barədə biliklər üstünlükdür
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/ya ingilis dili bilikləri əlavə üstünlükdür

İş şəraiti: 

  • İş yeri Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur; 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Logistika və Anbar şöbə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

  • Daily0
  • Weekly0
  • Monthly1759