Vəzifə öhdəlikləri:
- Şirkətin istehsal etdiyi məhsulların qablaşdırmalarını dizayn etmək və mətbəə üçün çapa hazır vəziyyətə gətirmək;
- Təqdim edilmiş briflərə əsasən sıfırdan qablaşma dizayn etmək;
- Rəqəmsal platformada həyata keçiriləcək reklamlarda vizualları müəyyənləşdirmək və dizayn etmək;
- Promouterlərin brend geyimlərini, şirkətin korporativ geyim formasını və digər korporativ elementlərini dizayn etmək;
- Sosial media şəbəkələri üzrə rəqəmsal postları və digər məzmunları dizayn etmək;
- Banner, buklet və digər vizual materialları hazırlamaq;
- Ən son trendlərdən xəbərdar olmaq.
Tələblər:
- Ali təhsil (Dizayner sahəsi üzrə);
- Qrafik Dizayner sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
- Adobe Photoshop, Adobe İllustrator, Adobe İndesign proqramlarından sərbəst istifadə bacarığı;
- Dili bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- Yaradıcı, yenilikçi, məsuliyyətli, araşdırma bacarığı.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Dizayner” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.