İnzibati işlər üzrə operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnzibati işlər üzrə operator

  • Deadline 23 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər: 

  • 25-35 yaş xanım namizədlərə üstünlük veriləcəkdir
  • Ali təhsil 
  • Sənədləşmə qaydaları və kargüzarlıq işləri üzrə ilkin anlayış
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin təminat fəaliyyətinin effektiv təşkili məqsədilə cavabdeh olduğu xidmətlərin icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək 
  • Alınan məhsulların müvafiq standartlara uyğunluğuna nəzarət etmək, qəbul prosesində iştirak etmək və ehtiyaclar üzrə aidiyyəti müəssisə və qurumlara sifarişlərin vaxtında verilməsini təmin etmək
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, eləcə də büdcənin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasını təmin etmək;
  • İnzibati işləri səmərəli şəkildə təşkil etmək və daxili prosedurların tətbiqini təmin etmək;
  • Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq;
  • Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq;
  • Əlavə xərclərlə bağlı məlumatları dəqiq toplamaq və hesabatlarda əks etdirmək
  • Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək;
  • İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək;
  • Müvafiq İnzibati hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

 İş şəraiti: 

  • 6/7 iş qrafiki, Həftə içi 09:00-18:00 /Şənbə günü qısaldılmış iş saatı (09:00-13:00)
  • Nahar Şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı: 700 AZN.
  • İş yeri: Xırdalan şəhəri

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə İnzibati işlər üzrə operator yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

  • Daily0
  • Weekly495
  • Monthly857