Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesini izləmək, proseslərin qaydalara uyğun icra edilməsini təmin etmək;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarət etmək;
- İstehsal zamanı prosedur və təlimatlara, sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini nəzarət və təmin etmək;
- İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğu yoxlamaq;
- İstehsal edilən məhsulları kimyəvi, fiziki və orqanoleptik parametrlərinə görə yoxlamaq;
- İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqları aşkarlamaq;
- İstehsal zamanı uyğun olmayan məhsullarla bağlı birbaşa rəhbərə məlumat vermək.
Tələblər:
- Ali təhsil (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);
- Keyfiyyətə nəzarət sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi;
- Microsoft Office proqramından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst;
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
- Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
- Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.
İş şəraiti:
- İş yeri: Qazax rayonu;
- Əmək haqqı: 800 AZN;
- 6 günlük iş qrafiki.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Qazax rayonu)” yazaraq email ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.