Vəzifə öhdəlikləri:
- Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyət yaratmaq, işi aparmaq;
- Gecikmədə olan müştərilərin ödənişlərini nizamlamaq;
- Gecikmə səbəblərini araşdırmaq və problemi aradan qaldırılmaq üçün tədbirlər görmək;
- Şirkətin problemli borcalanları və zaminləri ilə əlaqə yaratmaq, debitor borclarının yığımını təmin etmək;
- Risklərin idarə edilməsi prosesində lazımi hesabatlıqları tərtib etmək;
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
- Rəhbərlik tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək.
Tələblər:
- Ali təhsil (Maliyyə, İdarəetmə, İqtisadiyyat);
- Risklərin idarəedilməsi və biznes prosesləri üzrə nəzəri biliklər;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Problemli müştərilərlə işləməyi bacarmaq;
- Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:00-17:00;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Risklərin idarəedilməsi üzrə kiçik mütəxəssis" yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.