Risklərin idarəedilməsi üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risklərin idarəedilməsi üzrə kiçik mütəxəssis

  • Deadline 10 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Gecikmədə olan problemli müştərilərlə bilavasitə ünsiyyət yaratmaq, işi aparmaq; 
  • Gecikmədə olan müştərilərin ödənişlərini nizamlamaq;
  • Gecikmə səbəblərini araşdırmaq və problemi aradan qaldırılmaq üçün tədbirlər görmək;
  • Şirkətin problemli borcalanları və zaminləri ilə əlaqə yaratmaq, debitor borclarının yığımını təmin etmək;
  • Risklərin idarə edilməsi prosesində lazımi hesabatlıqları tərtib etmək;
  • İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək.

Tələblər:

  • Ali təhsil (Maliyyə, İdarəetmə, İqtisadiyyat);
  • Risklərin idarəedilməsi və biznes prosesləri üzrə nəzəri biliklər;
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
  • MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Problemli müştərilərlə işləməyi bacarmaq;
  • Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri;
  • İş qrafiki: 5 günlük iş qrafiki, saat 08:00-17:00;
  • Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Risklərin idarəedilməsi üzrə kiçik mütəxəssis" yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur. 

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

  • Daily118
  • Weekly275
  • Monthly889