Vəzifə öhdəlikləri:
- Satınalma və Logistika ilə bağlı gündəlik yazışmaların aparılması və gələn sifarişlərin yerinə yetirilməsi;
- Təchizatçılarla ünsiyyətin qurulması və iş birliyinin aparılması;
- Təchizat sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərin izlənilməsi;
- Satınalma ilə bağlı sənədlərin, təqdimatların, hesabatların hazırlanması;
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və birbaşa rəhbərinə təqdim edilməsi;
- Əməliyyatların qeydiyyatının aparılması;
- Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.
Tələblər:
- Ali təhsil;
- Göstərilən vəzifə üzrə ən azı 4 illik iş təcrübəsi;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Səlis Azərbaycan dili və Rus dili bilikləri mütləq şərtdir, İngilis dili isə arzu olunandır;
- Yüksək səviyədə MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- 5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar, nəqliyyat, nömrə şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.