Təcrübəçi laborant

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təcrübəçi laborant

  • Deadline 12 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

A+CO” ASC “Təcrübəçi laborant” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

  • İstehsal olunan məhsulların fiziki-kimyəvi və orqonoleptik göstəricilərinə nəzarət etmək;
  • Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək;
  • Texnoloji prosesin düzgün aparmaq, resepturlara riayət etmək, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;
  • Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;
  • Sınaqların nəticələrini, düzgünlüyünü, obyektivliyini və tələb olunan dəqiqliyini təmin etmək;
  • Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə etmək;
  • Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat vermək;
  • Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürmək
  • Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq.

 Tələblər:

  • Təcrübə tələbi yoxdur
  • Ali təhsil– Kimya, Qida Mühəndisliyi və ya Kimya Mühəndisliyi ixtisası üzrə;
  • Microsoft Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel, Word);
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Diqqətli, öyrənməyə həvəsli və məsuliyyətli olmaq;
  • Ümumi, üzvi və analitik kimya üzrə baza biliklərinə malik olmaq.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri;
  • Nahar və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi laborant” yazaraq Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily85
  • Weekly435
  • Monthly798