“A+CO” ASC şirkəti "Zootexnik" vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Heyvandarlıq məhsulları istehsalını artırmaq və keyfiyyətini yüksəltmək üçün bütün zootexniki tədbirləri həyata keçirmək;
- Ətlik heyvanların saxlanma şəraitini müəyyənləşdirmək və təkmilləşdirmək;
- Heyvanların məhsuldarlığının uçotunu aparmaq;
- Günlük yem sifarişini anbara vermək, gündəlik fərdi və qrup halında yem payını tərtib etmək, yemlənmənin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- Yem rasionları tərtib etmək və tətbiq etmək;
- Yemlərin vaxtında toplanması, daşınması, düzgün saxlanması, istifadəsi və yemləmə üçün hazırlanmasını təşkil etmək;
- Maldarlıq fermalarında kompleks mexanikləşdirmə işlərinin təşkili, xəstəliklərə qarşı profilaktiki tədbirlərin görülməsi işlərini qismən təşkil etmək;
- Ətin keyfiyyətinin, yağlılıq dərəcəsinin müəyyən edilməsi işlərini təşkil etmək;
- Fermada uçot və hesabatın düzgün aparılmasına, mal-qaranın diri çəkisinin, köklük dərəcəsinin və miqdarının dəqiq təyinini müəyyənləşdirmək;
Tələblər:
- Uyğun sahə üzrə ali təhsil;
- Yaş həddi: 25-55
- Zootexnik kimi ən azı 3 il iş təcrübəsi;
İş şəraiti:
- İş yeri: Saatlı rayonu;
- Nahar, korporativ nömrə, nəqliyyat və yaşayış yeri şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Zootexnik" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.