İş öhdəlikləri:
- Gündəlik təmizlik işlərini yerinə yetirmək;
- Tədbirlərdən öncə və sonra ərazinin səliqəsini təmin etmək;
- Müəyyən olunmuş ərazidə binanın xaricində təmizlik işlərinin yerinə yetirilməsi;
- Binaların çöl və daxili şüşələrinin yuyulması;
- Texniki təmizlik maşınlarından istifadə edərək ərazinin təmizliyinin təmin edilməsi;
- Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
- Binaların təmiz saxlanması üçün sanitariya və gigiyena qaydalarının vaxtında icrasını həyata keçirmək;
- Yuyucu və dezinfeksiyaedici maddələrin konsentrasiyası və onların təhlükəsiz istifadəsi qaydalarına düzgün əməl etmək;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək;
- Etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;
- Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
- Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Tələblər:
- Vəzifə üzrə minimum 6 ay iş təcrübəsi;
- Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
- Məxfiliyi qorumaq bacarığı;
- Məsuliyyətli və mehriban davranış;
- Təmizləyici vasitələrdən istifadə etmək bacarığı;
- Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş ciddi gigiyena və təmizlik standartlarına riayət etmək bacarığı;
- Arzu olunan yaş aralığı maksimum 22-30 yaşa qədər;
Qeyd edək ki, elan edilən vakansiya bəy namizədlər üçün nəzərdə tutulub.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Təmizlikçi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.