Təlimçinin əsas vəzifəsi satış məsləhətçilərinə saç, dəri, bədən qulluğu və kosmetika kateqoriyalarında məhsulların tərkibi, xüsusiyyətləri, istifadə qaydaları və müştəriyə düzgün təqdim olunması barədə nəzəri və praktiki biliklər qazandırmaqdır.
Vəzifə öhdəlikləri:
- Satış məsləhətçiləri üçün məhsul bilikləri üzrə təlimlərin hazırlanması və keçirilməsi;
- Məhsulların tərkibinin və aktiv komponentlərinin izah edilməsi;
- Aktiv inqrediyentlərin funksiyaları, faydaları və uyğun olduğu məhsul ehtiyaclarının öyrədilməsi;
- Məhsulların düzgün istifadə qaydaları, tətbiq ardıcıllığı və bir-biri ilə uyğunluğunun izah edilməsi;
- Müxtəlif dəri və saç ehtiyaclarına uyğun məhsul seçiminin öyrədilməsi;
- Məhsulun müştəriyə düzgün və peşəkar şəkildə təqdim olunması bacarığının inkişaf etdirilməsi;
- Məhsulların üstünlüklərinin və fərqləndirici xüsusiyyətlərinin satış prosesində düzgün çatdırılması;
- Praktiki case-lər, rol oyunları və məhsul testlərinin hazırlanması;
- Yeni məhsullar və məhsul yenilikləri üzrə komandanın məlumatlandırılması.
Tələb olunan bilik və bacarıqlar:
- Beauty, kosmetika, dermatokosmetika, farmasiya, kimya və ya əlaqəli sahədə təhsil və təcrübə;
- Saç, üz, bədən qulluğu və kosmetik məhsullar haqqında geniş bilik;
- Təlimçi, Beauty Advisor, satış təlimçisi və ya məhsul eksperti kimi iş təcrübəsi arzuolunandır;
- Güclü təqdimat və kommunikasiya bacarıqları;
- Məlumatı sadə və anlaşılan şəkildə izah etmək bacarığı;
- Auditoriya qarşısında sərbəst çıxış etmək və interaktiv təlim keçmək bacarığı;
- Azərbaycan dilində səlis nitq; rus və ingilis dili biliyi üstünlükdür.
Biz nə təklif edirik:
- Peşəkar və dinamik iş mühiti;
- Gözəllik sektorunda inkişaf və karyera imkanları;
- Müxtəlif brendlər və məhsul kateqoriyaları ilə işləmək imkanı;
- Təlimçi kimi öz metodologiyasını tətbiq etmək və inkişaf etdirmək imkanı;
- Əmək bazarına uyğun əmək haqqı və motivasiya sistemi.
İş qrafiki:
- Həftədə 6 iş günü
- Bazar ertəsi–cümə: 10:00–18:00
- Şənbə: 10:00–14:00
- Bazar günü: istirahət günü
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 55 202 99 49 WhatsApp nömrəsinə göndərilə bilər.