Təlimçi

  • Истекает 29 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təlimçinin əsas vəzifəsi satış məsləhətçilərinə saç, dəri, bədən qulluğu və kosmetika kateqoriyalarında məhsulların tərkibi, xüsusiyyətləri, istifadə qaydaları və müştəriyə düzgün təqdim olunması barədə nəzəri və praktiki biliklər qazandırmaqdır.

Vəzifə öhdəlikləri:

  • Satış məsləhətçiləri üçün məhsul bilikləri üzrə təlimlərin hazırlanması və keçirilməsi;
  • Məhsulların tərkibinin və aktiv komponentlərinin izah edilməsi;
  • Aktiv inqrediyentlərin funksiyaları, faydaları və uyğun olduğu məhsul ehtiyaclarının öyrədilməsi;
  • Məhsulların düzgün istifadə qaydaları, tətbiq ardıcıllığı və bir-biri ilə uyğunluğunun izah edilməsi;
  • Müxtəlif dəri və saç ehtiyaclarına uyğun məhsul seçiminin öyrədilməsi;
  • Məhsulun müştəriyə düzgün və peşəkar şəkildə təqdim olunması bacarığının inkişaf etdirilməsi;
  • Məhsulların üstünlüklərinin və fərqləndirici xüsusiyyətlərinin satış prosesində düzgün çatdırılması;
  • Praktiki case-lər, rol oyunları və məhsul testlərinin hazırlanması;
  • Yeni məhsullar və məhsul yenilikləri üzrə komandanın məlumatlandırılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Beauty, kosmetika, dermatokosmetika, farmasiya, kimya və ya əlaqəli sahədə təhsil və təcrübə;
  • Saç, üz, bədən qulluğu və kosmetik məhsullar haqqında geniş bilik;
  • Təlimçi, Beauty Advisor, satış təlimçisi və ya məhsul eksperti kimi iş təcrübəsi arzuolunandır;
  • Güclü təqdimat və kommunikasiya bacarıqları;
  • Məlumatı sadə və anlaşılan şəkildə izah etmək bacarığı;
  • Auditoriya qarşısında sərbəst çıxış etmək və interaktiv təlim keçmək bacarığı;
  • Azərbaycan dilində səlis nitq; rus və ingilis dili biliyi üstünlükdür.

Biz nə təklif edirik:

  • Peşəkar və dinamik iş mühiti;
  • Gözəllik sektorunda inkişaf və karyera imkanları;
  • Müxtəlif brendlər və məhsul kateqoriyaları ilə işləmək imkanı;
  • Təlimçi kimi öz metodologiyasını tətbiq etmək və inkişaf etdirmək imkanı;
  • Əmək bazarına uyğun əmək haqqı və motivasiya sistemi.

İş qrafiki:

  • Həftədə 6 iş günü
  • Bazar ertəsi–cümə: 10:00–18:00
  • Şənbə: 10:00–14:00
  • Bazar günü: istirahət günü

CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 55 202 99 49 WhatsApp nömrəsinə göndərilə bilər.

 

 

  • Daily116
  • Weekly357
  • Monthly2696