Satış meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış meneceri

  • Deadline 6 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ADİS Azerbaijan şirkətinin istehsalat bölməsinə müştərilərlə əlaqələrin qurulması və satışların inkişafı üzrə Satış meneceri axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Potensial müştəriləri müəyyən etmək, yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını genişləndirmək;
  • Müştərilərin ehtiyaclarını öyrənmək, uyğun məhsullar barədə məlumat və kommersiya təklifləri təqdim etmək;
  • Müştərilərlə görüşlər keçirmək, satış şərtləri üzrə danışıqlar aparmaq;
  • Satış planlarının yerinə yetirilməsi üçün aktiv çalışmaq;
  • Sifarişlərin qəbulundan məhsulun təhvil verilməsinədək prosesi izləmək, istehsalat və anbar komandası ilə koordinasiyanı təmin etmək;
  • Müştərilərlə davamlı işgüzar münasibətlər qurmaq, müraciət və sorğuları vaxtında cavablandırmaq;
  • Mühasibatlıqla birlikdə müştəri ödənişlərini və debitor borcları izləmək;
  • Bazar tələbatını və rəqiblərin təkliflərini araşdırmaq, satış imkanları barədə təkliflər vermək;
  • Görüşlər, sifarişlər və satış nəticələri üzrə rəhbərliyə hesabat təqdim etmək.

Namizədə tələblər:

  • Satış sahəsində iş təcrübəsi;
  • İstehsalat məhsulları, tikinti materialları və ya korporativ satışlar üzrə təcrübə üstünlükdür;
  • Müştəri axtarışı, təqdimat və danışıqların aparılması bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; rus dili biliyi üstünlükdür;
  • MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
  • Müştəri ehtiyaclarını anlamaq və uyğun həll təklif etmək bacarığı;
  • Nəticəyönümlülük, təşəbbüskarlıq və işini planlaşdırmaq bacarığı;
  • Məsuliyyətlilik, işgüzar ünsiyyət və komandada işləmək bacarığı.

İş şəraiti:

  • Əmək haqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı razılaşdırılır;

Maraqlanan namizədlər CV-lərini e-poçtun mövzu hissəsində “Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly238
  • Monthly489