ADORE kompani ADORE kompani
  • 637

Satıcı -məsləhətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satıcı -məsləhətçi

  • Deadline 1 March 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və alış üçün seçim variantlarının təklif edilməsi;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi, müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi;
  • Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, onlara məhsul seçimi üçün optimal şəraitin yaradılması; 
  • Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək; 
  • Təyin olunmuş aksiyaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak.

Namizədə tələblər:

  • Satış sahəsində ən azı 1-2 il iş təcrübəsi (Kosmetik vasitələrin satışında iş təcrübəsi olanlara üstünlük veriləcək);
  • Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dili – orta səviyyədə bilməli;
  • Müxtəlif növ makiyajdan istifadə etmək bacarığı (Vizajist sertifikatı üstünlükdür);
  • Kosmetika, parfümeriya və dəriyə qulluq vasitələri sahələrində dəbdə olan məhsullar haqqında məlumatlı olmaq;
  • Komandada işləmə bacarığı;
  • Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
  • Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.

İş şəraiti:

  • Növbəli qrafik: (6/1), 10.00-19.00 və 13.00-21.00/22.00;
  • Rəqabətli əmək haqqı və bonus sistemi: fiks  + satışdan %, 
  • Karyera inkişafı imkanı;
  • Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı.

Müraciət üçün CV-nizi elektron poçt ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını «Satıсı- məsləhətçi» qeyd etməyiniz xahiş olunur.

  • Daily50
  • Weekly273
  • Monthly301