İş barədə məlumat:
- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və alış üçün seçim variantlarının təklif edilməsi;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi, müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi;
- Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, onlara məhsul seçimi üçün optimal şəraitin yaradılması;
- Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək;
- Təyin olunmuş aksiyaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak.
Namizədə tələblər:
- Satış sahəsində ən azı 1-2 il iş təcrübəsi (Kosmetik vasitələrin satışında iş təcrübəsi olanlara üstünlük veriləcək);
- Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dili – orta səviyyədə bilməli;
- Müxtəlif növ makiyajdan istifadə etmək bacarığı (Vizajist sertifikatı üstünlükdür);
- Kosmetika, parfümeriya və dəriyə qulluq vasitələri sahələrində dəbdə olan məhsullar haqqında məlumatlı olmaq;
- Komandada işləmə bacarığı;
- Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
- Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti.
İş şəraiti:
- Növbəli qrafik: (6/1), 10.00-19.00 və 13.00-21.00/22.00;
- Rəqabətli əmək haqqı və bonus sistemi: fiks + satışdan %,
- Karyera inkişafı imkanı;
- Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı.
Müraciət üçün CV-nizi elektron poçt ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını «Satıсı- məsləhətçi» qeyd etməyiniz xahiş olunur.