Vəzifə öhdəlikləri:
- Müştərilərə brendlər və məhsul çeşidi haqqında məsləhət vermək, seçim zamanı alıcılara kömək etmək;
- Müştərinin ehtiyaclarına, üstünlüklərinə və büdcəsinə uyğun məhsulların tövsiyə edilməsi, həmçinin onların təsirinin izah edilməsi;
- Reklam aksiyalarında və promo-tədbirlərdə iştirak;
- Müştəri bazasının genişləndirilməsi üzrə fəal iş;
- Malların rəflərdə mövcudluğuna nəzarət, məhsulların müəyyən edilmiş tələblərə uyğun yerləşdirilməsi.
Tələblər:
- Pərakəndə satış sahəsində ən azı 1-2 illik iş təcrübəsi, ətriyyat və kosmetika sahəsində təcrübə üstünlük təşkil edir;
- Azərbaycan və rus dillərini əla səviyyədə bilmək, ingilis dilini orta səviyyədə bilmək;
- Məhsulları öyrənmək, şirkətdə inkişaf etmək və böyümək istəyi;
- Ünsiyyətcillik, yaxşı analitik bacarıqlar və komandada işləmək bacarığı.
İş şərtləri:
- Növbəli iş qrafiki (6/1): 10:00–19:00 və 13:00–22:00;
- Əmək haqqı: 850 Azn fix + satışdan faiz;
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Biz təklif edirik:
- Gözəllik sənayesi bazarında dinamik şəkildə inkişaf edən bir şirkətdə çalışmaq imkanı;
- Yüksək nəticələr əldə etməyə yönəlmiş şən və mehriban kollektiv;
- Peşəkar və karyera yüksəlişi imkanı;
- Təlim və inkişaf: satış, məhsul və xidmət üzrə treninqlər;
- Şirkət əməkdaşları üçün məhsullara endirimlər.
İstəyənlər öz CV-lərini məktubun mövzusunda Satıcı-ekspert qeydi ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.