Satıcı-ekspert

  • Deadline 13 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə brendlər və məhsul çeşidi haqqında məsləhət vermək, seçim zamanı alıcılara kömək etmək;
  • Müştərinin ehtiyaclarına, üstünlüklərinə və büdcəsinə uyğun məhsulların tövsiyə edilməsi, həmçinin onların təsirinin izah edilməsi;
  • Reklam aksiyalarında və promo-tədbirlərdə iştirak;
  • Müştəri bazasının genişləndirilməsi üzrə fəal iş;
  • Malların rəflərdə mövcudluğuna nəzarət, məhsulların müəyyən edilmiş tələblərə uyğun yerləşdirilməsi.

Tələblər:

  • Pərakəndə satış sahəsində ən azı 1-2 illik iş təcrübəsi, ətriyyat və kosmetika sahəsində təcrübə üstünlük təşkil edir;
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilmək, ingilis dilini orta səviyyədə bilmək;
  • Məhsulları öyrənmək, şirkətdə inkişaf etmək və böyümək istəyi;
  • Ünsiyyətcillik, yaxşı analitik bacarıqlar və komandada işləmək bacarığı.

İş şərtləri:

  • Növbəli iş qrafiki (6/1): 10:00–19:00 və 13:00–22:00;
  • Əmək haqqı: 850 Azn fix + satışdan faiz;
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Biz təklif edirik:

  • Gözəllik sənayesi bazarında dinamik şəkildə inkişaf edən bir şirkətdə çalışmaq imkanı;
  • Yüksək nəticələr əldə etməyə yönəlmiş şən və mehriban kollektiv;
  • Peşəkar və karyera yüksəlişi imkanı;
  • Təlim və inkişaf: satış, məhsul və xidmət üzrə treninqlər;
  • Şirkət əməkdaşları üçün məhsullara endirimlər.

İstəyənlər öz CV-lərini məktubun mövzusunda Satıcı-ekspert qeydi ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly143
  • Monthly1207