Adore mağazalar şəbəkəsi komandasına satıcı-məsləhətçiləri dəvət edir!
Ətirlər və kosmetika dünyasını sevirsinizsə, insanlarla ünsiyyətdən zövq alırsınızsa və əməyinizin nəticəsini qazancınızda görmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Təkliflərimiz:
- 5 günlük iş qrafiki: həftədə 2 istirahət günü (növbəli: 10:00-19:00 / 13:00-22:00);
- Güclü bonus sistemi: sabit maaş + fərdi satışdan faiz. Bonusun yuxarı həddi yoxdur: qazancınız yalnız sizin nəticənizdən asılıdır;
- Əməkdaşlar üçün məhsullara endirim;
- Rəsmi əmək müqaviləsi və sosial sığorta;
- Məhsul biliyi və satış texnikası üzrə müntəzəm təlimlər, brend treninqləri;
- Karyera yüksəlişi imkanı.
Vəzifə öhdəlikləri:
- Müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun ətir və kosmetik məhsulların seçilməsində kömək göstərmək;
- Məhsulların tərkibi, xüsusiyyətləri və istifadə qaydası barədə peşəkar məsləhət vermək;
- Yüksək xidmət standartlarını təmin etmək;
- Rəflərdə məhsulların mövcudluğuna və düzülüşünə nəzarət etmək, sifarişlərin hazırlanmasında mağaza rəhbərinə kömək etmək;
- Aksiya və kampaniyaların keçirilməsində, satışı stimullaşdıran tədbirlərdə fəal iştirak etmək.
Namizədə tələblər:
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi (kosmetika və parfümeriya satışında təcrübə üstünlükdür);
- Azərbaycan dilini əla, rus dilini danışıq səviyyəsində bilmək; ingilis dili bilikləri üstünlükdür;
- Kosmetika, parfümeriya və dəriyə qulluq trendlərinə maraq;
- Makiyaj bacarıqları (vizajist sertifikatı üstünlükdür);
- Ünsiyyətcillik, aktivlik, məsuliyyət və dəqiqlik;
- Komandada işləmə bacarığı;
- Aydın nitq, səliqəli görünüş və korporativ standartlara riayət.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu hissəsində Satıcı-məsləhətçi qeyd edin.