Satıcı-məsləhətçi

  • Истекает 22 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Adore mağazalar şəbəkəsi komandasına satıcı-məsləhətçiləri dəvət edir!

Ətirlər və kosmetika dünyasını sevirsinizsə, insanlarla ünsiyyətdən zövq alırsınızsa və əməyinizin nəticəsini qazancınızda görmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Təkliflərimiz:

  • 5 günlük iş qrafiki: həftədə 2 istirahət günü (növbəli: 10:00-19:00 / 13:00-22:00);
  • Güclü bonus sistemi: sabit maaş + fərdi satışdan faiz. Bonusun yuxarı həddi yoxdur: qazancınız yalnız sizin nəticənizdən asılıdır;
  • Əməkdaşlar üçün məhsullara endirim;
  • Rəsmi əmək müqaviləsi və sosial sığorta;
  • Məhsul biliyi və satış texnikası üzrə müntəzəm təlimlər, brend treninqləri;
  • Karyera yüksəlişi imkanı.

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun ətir və kosmetik məhsulların seçilməsində kömək göstərmək;
  • Məhsulların tərkibi, xüsusiyyətləri və istifadə qaydası barədə peşəkar məsləhət vermək;
  • Yüksək xidmət standartlarını təmin etmək;
  • Rəflərdə məhsulların mövcudluğuna və düzülüşünə nəzarət etmək, sifarişlərin hazırlanmasında mağaza rəhbərinə kömək etmək;
  • Aksiya və kampaniyaların keçirilməsində, satışı stimullaşdıran tədbirlərdə fəal iştirak etmək.

Namizədə tələblər:

  • Satış sahəsində ən azı 1 il iş təcrübəsi (kosmetika və parfümeriya satışında təcrübə üstünlükdür);
  • Azərbaycan dilini əla, rus dilini danışıq səviyyəsində bilmək; ingilis dili bilikləri üstünlükdür;
  • Kosmetika, parfümeriya və dəriyə qulluq trendlərinə maraq;
  • Makiyaj bacarıqları (vizajist sertifikatı üstünlükdür);
  • Ünsiyyətcillik, aktivlik, məsuliyyət və dəqiqlik;
  • Komandada işləmə bacarığı;
  • Aydın nitq, səliqəli görünüş və korporativ standartlara riayət.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu hissəsində Satıcı-məsləhətçi qeyd edin.

  • Daily66
  • Weekly514
  • Monthly1932