Vəzifə öhdəlikləri:
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək; İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
- Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
- Şirkətin rüblük olaraq vergi bəyannamələrini hazırlamaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
- Ay üzrə təqdim olunan bank cədvəllərini əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
- Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
- Şirkətin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbulunu, yoxlanmasını, yekun hesabatların tərtibatını həyata keçirmək;
- Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək, ilkin sənədlər əsasında hesabatlar tərtib etmək;
- Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
- Ali təhsil: Müvafiq sahə üzrə
- İş stajı: 2 il
- Dil biliyi: İngilis və ya rus Dili
- Sertifikatlar: Peşəkar mühasib sertifikatı (PMS 1 və PMS 2); ACCA (F2, F3), F7 (arzuolunandır)
- Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyə), 1 C
- Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları; Mühasibat hesabının metod və formaları, uçot və hesabatı; Hesabatların plan və korrespondensiyası; Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili; Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları; Hesablama texnikasının istismarı qaydaları
- Analitik düşüncə, nəticəyönümlülük, peşəkar ehtiyatlılıq, planlaşdırma, problem həlletmə, diqqətlilik
İş qrafiki:
- 5 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
Əlavə üstünlüklərimiz:
- Könüllü tibbi sığorta;
- Nahar ilə təmin edilmə;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Aparıcı mühasib” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.