Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 12 İyul 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirmək;
  • Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;
  • İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
  • Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
  • Mühasibatlıq sənədlərini 1C mühasib proqramına daxil etmək;
  • Departamentin ay üzrə təqdim olunan bank cədvəllərinin əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
  • Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
  • Şirkətin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatlarını qəbul etmək və yoxlamaq;
  • Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək;
  • Rəhbəri tərəfindən verilmiş tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil: Müvafiq sahə üzrə
  • İş stajı: Tələb yoxdur
  • Dil biliyi: İngilis və ya rus Dili
  • Sertifikatlar: ACCA (F3, F7);
  • Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyə), 1 C  
  • Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları; Mühasibat hesabının metod və formaları, uçot və hesabatı; Hesabatların plan və korrespondensiyası; Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili; Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları; Hesablama texnikasının istismarı qaydaları
  • Analitik düşüncə, nəticəyönümlülük, peşəkar ehtiyatlılıq, vaxtın effektiv idarə edilməsi, problem həlletmə, diqqətlilik

İş qrafiki:

  • 5 günlük 
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly1
  • Monthly2211