Mühəndis-proqramlaşdırıcı (backend developer)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis-proqramlaşdırıcı (backend developer)

  • Deadline 29 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • C# proqramlaşdırma dili əsasında backend tətbiqlərin dizaynı, inkişafı və davamlı texniki dəstəyi;
  • Verilənlər bazası ilə effektiv işləmə: SQL sorğularının yazılması, optimallaşdırılması və performansın artırılması; 
  • RESTful API-ların arxitekturasının qurulması və inteqrasiyası; 
  • Kod keyfiyyətinin təmin olunması məqsədilə komanda daxilində code review proseslərində iştirak;
  • Texniki sənədlərin hazırlanması və sistem arxitekturasının sənədləşdirilməsi;
  • Mövcud sistemlərin performansının monitorinqi və optimallaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil
  • İş stajı: 2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)
  • Dil biliyi: İngilis (texniki)

Rəqəmsal bilik və bacarıqlar:  

  • SQL sahəsində dərin biliklər: T-SQL, stored procedures, query optimization (MSSQL);
  • ORM alətləri ilə praktiki təcrübə (Entity Framework və ya Dapper);
  • REST API-ların hazırlanması və inteqrasiyası sahəsində real layihə təcrübəsi;
  • Versiya idarəetmə sistemləri ilə işləmə bacarığı (Git).

Əlavə üstünlük hesab olunur:

  • Microservices arxitekturası üzrə bilik və ya praktiki təcrübə;
  • Cloud texnologiyaları ilə işləmə (Microsoft Azure və ya digər platformalar);
  • Unit testlərin yazılması və test yönümlü inkişaf (TDD) prinsipləri barədə anlayış;
  • Python bilikləri.
  • Analitik düşüncə, komandada işləmə bacarığı, diqqətlilik, innovativlik, təşəbbüskarlıq, peşəkar ehtiyatlılıq, nətcəyönümlülük 

İş şəraiti

  • İş qrafiki5 günlük 
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mühəndis-proqramlaşdırıcı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily71
  • Weekly504
  • Monthly71