Yük və baqaj qəbul təhvilçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Yük və baqaj qəbul təhvilçisi

  • Deadline 19 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Dəmir yolunda daşınan yüklərin qəbulu, çəkilməsi, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaldılması, qorunması və verilməsinin təşkil etmək;
  • Kommersiya baxımından dolu və boş vaqon, konteyner, yükgöndərən və yükalanların vasitəsi ilə yükləmə və boşalma altına verilən yüklərin qəbulu və təhvilini həyata keçirmək;
  • Dəmir yoluna məxsus altlıq, daşıma qurğularının yükgöndərən və yükalanlardan qəbulunu, təhvilini və qeydiyyatını aparmaq;
  • Sənədlərin (qəbul-təhvilçinin yaddaş vərəqəsi) tərtib edilməsi və yüklərin qəbulu, yüklənməsi, çeşidlənməsi, yenidən yüklənməsi, boşaltması, dəmir yollarına məxsus yüklərin, vaqon, konteyner, altlıq və çıxarılan daşıma qurğularının verilməsi və örtülməsi haqqında hesabatı aparmaq;
  • Yüklənən və boşalan vaqonların, qəbul və təyinatı üzrə göndərilən vaqonların emal olunması üçün ADY SMART (və ya daxili proqram) proqramı üzərindən işləmək;
  • Kommersiya baxımından boş və dolu vaqonları təhvil vermək və həmçinin onları yükləmə və boşaltmadan sonra qəbul etmək.
  • Kommersiya nasazlığı barəsində Forma QU-23 Ümumi formalı akt tərtib etmək;
  • Qaydalarla nəzərdə tutulmuşdursa yükün kütləsini, yer sayını və onun vəziyyətini yoxlamaqla təhvil vermək; Yükləmə-boşaltma işlərinin aparılması zamanı yükgöndərən və yükalanlar tərəfindən Dəmir Yolu Nizamnaməsinə, Qaydalarına, Texniki şərtlərinə və yük vaqonlarının salamatlığının təmin edilib riayət olunmasına sistematik nəzarət etmək;
  • Ümumi istifadə yollarında yüklənmiş və boşaldılmış vaqonların və yükalanlardan qəbulu (təhvili) vaqonların yükləmə (boşaltma) yerində həyata keçirmək.

Namizədə dair tələblər:

  • Təhsil: Ümumi (orta)
  • Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə) 
  • Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınması qaydaları
  • Diqqətlilik, peşəkar ehtiyatlılıq, müstəqil işləmə məlumatların idarə olunması 
  • Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək

İş qrafiki:

  • Növbəli
  • İş saatı: 08:00-20:00 və 20:00-08:00
  • İş yeri: (Sumqayıt dairəsinin yaxınlığı)

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Yük və baqaj qəbul təhvilçisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlə

  • Daily22
  • Weekly529
  • Monthly1666