Channel Sales Manager

  • Истекает 5 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Channel Sales Manager 

Ustalarla işləmək, satışa təsir etmək və real nəticələr görmək istəyirsiniz?

Əgər tərəfdaşlarla güclü əlaqələr qurmağı, satış proseslərini idarə etməyi və bazarda payı artırmağı bacarırsınızsa, bu vəzifə sizin üçündür.

AEM Elektron komandası genişlənir və məhsullarımızın ustalar (installerlər) vasitəsilə satışını idarə edəcək Channel Sales Manager axtarışındadır.

Vəzifənin məqsədi

  • Ustalar (installerlər) üzərindən həyata keçirilən satışlara nəzarət etmək, onların loyallığını artırmaq, satış proseslərini sistemləşdirmək və bu kanal üzrə satış həcmini artırmaq.

Əsas vəzifə öhdəlikləri

  • Ustalar və installerlərlə davamlı işin təşkili və əlaqələrin inkişafı
  • Usta satış kanalı üzrə satışların izlənməsi və analizi
  • Ustalar üçün motivasiya və loyallıq proqramlarının hazırlanması və icrası
  • Məhsullar üzrə ustalara texniki və kommersiya dəstəyinin təşkili
  • Satış həcminin artırılması üçün təşviq mexanizmlərinin tətbiqi
  • Ustalar üzrə satış hesabatlarının hazırlanması
  • Yeni ustaların cəlb edilməsi və mövcud ustalarla əlaqələrin gücləndirilməsi
  • Marketinq və satış komandası ilə koordinasiyalı əməkdaşlıq

Namizədə tələblər

  • Satış, marketinq və ya əlaqəli sahədə iş təcrübəsi (B2B və ya kanal satış təcrübəsi üstünlükdür)
  • Ustalar, installerlər və ya texniki partnyorlarla iş təcrübəsi arzuolunandır
  • Güclü ünsiyyət və münasibət qurma bacarığı
  • Analitik düşünmə və nəticəyönümlülük
  • Sahə üzrə ezamiyyətlərə hazır olmaq
  • Azərbaycan dili — sərbəst
  • Rus dili — arzuolunandır

Biz nə təklif edirik

  • Real satış nəticələrinə birbaşa təsir imkanı
  • Sabit və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi
  • Motivasiyaedici əmək haqqı və bonus sistemi
  • Beynəlxalq brendlərlə işləmək imkanı
  • Peşəkar və dinamik komanda
  • Şəhər mərkəzində ofis və 5 günlük iş qrafiki

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Channel Sales Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly533
  • Monthly540