Texnologiyanı anlayırsan, rəqəmsal marketinqi sevirsən və yaratdığın kontentin satış nəticəsinə çevrilməsini görmək istəyirsən?
İT məhsulları və texnoloji həllərin satışı ilə məşğul olan komandamıza Digital Marketing Specialist axtarırıq.
Bizim üçün Digital Marketing yalnız post paylaşmaq deyil. Məqsədimiz İT məhsullarını düzgün auditoriyaya çatdırmaq, brendlərin bazardakı mövqeyini gücləndirmək, yeni müştərilər cəlb etmək və marketinq fəaliyyətini real biznes nəticələrinə çevirməkdir.
Sənin əsas vəzifələrin:
- Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanması və icrasında iştirak etmək;
- Sosial media kanallarının idarə olunmasını və inkişafını təmin etmək;
- İT məhsulları, texnologiyalar və həllər üzrə kontent strategiyası hazırlamaq;
- Məhsul və brendlər üzrə kreativ və satış yönümlü kontentlər hazırlamaq;
- Kontent planının hazırlanması və icrasını təşkil etmək;
- Meta, Google və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və optimallaşdırmaq;
- Reklam kampaniyalarının nəticələrini analiz etmək və effektivliyin artırılması üzrə təkliflər hazırlamaq;
- Lead generation və digital satış kanallarının inkişafında iştirak etmək;
- Website və landing page-lərin kontent və marketinq baxımından inkişaf etdirilməsinə dəstək olmaq;
- SEO və SEM istiqamətləri üzrə əsas işləri həyata keçirmək;
- E-mail marketing və digər rəqəmsal kommunikasiya kanallarının inkişafında iştirak etmək;
- Rəqiblərin və bazarın rəqəmsal marketinq fəaliyyətini təhlil etmək;
- Brend menecerlər, satış və məhsul komandaları ilə birlikdə marketinq kampaniyaları hazırlamaq;
- Vendor və tərəfdaşlarla birgə marketinq kampaniyalarının həyata keçirilməsində iştirak etmək;
- Marketinq fəaliyyətinin nəticələri üzrə hesabatlar və analitik məlumatlar hazırlamaq.
Biz səndən nə gözləyirik?
- Digital Marketing, Marketing, Business, Communications və ya əlaqəli sahədə ali təhsil;
- Digital Marketing sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Meta Ads, Google Ads və digər reklam platformaları üzrə praktiki bilik;
- Google Analytics və əsas digital marketing analitika alətləri ilə işləmə bacarığı;
- SEO/SEM üzrə əsas anlayışlar;
- Sosial media platformalarının xüsusiyyətlərini və auditoriya davranışlarını anlamaq;
- Kontent yaratmaq və düzgün kommunikasiya qurmaq bacarığı;
- Analitik düşüncə və nəticələrə fokuslanmaq;
- Kreativ yanaşma və yeni ideyalar yaratmaq bacarığı;
- Azərbaycan dili – əla;
- İngilis dili – yaxşı;
- Rus dili – üstünlükdür.
Sənin üçün üstünlük olacaq:
- İT məhsulları, elektronika və ya texnologiya sektorunda marketinq təcrübəsi;
- B2B marketinq təcrübəsi;
- IT məhsullarının və texniki xüsusiyyətlərinin öyrənilməsinə maraq;
- Canva, Photoshop, Figma və ya digər dizayn alətləri ilə işləmək bacarığı;
- CRM sistemləri ilə işləmə təcrübəsi;
- Lead generation və performance marketing təcrübəsi;
- E-commerce və ya marketplace təcrübəsi.
Biz nə axtarırıq?
- Biz sadəcə “sosial şəbəkədə post paylaşan” mütəxəssis axtarmırıq.
- Biz məhsulu anlayan, auditoriyanı tanıyan, kreativ ideyanı satış imkanına çevirə bilən və rəqəmlərlə işləməyi bacaran Digital Marketing Specialist axtarırıq.
Əgər sən:
- Texnologiya + Kreativlik + Analitika + Marketinq + Satış - birləşməsində özünü görürsənsə, komandamıza qoşul.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.